• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bankların endirim kompaniyalarının fırıldaqları

Bankların endirim kompaniyalarının fırıldaqları

Mərkəzi Bankın qadağaları, Banklara sözün əsl mənasında təsir edib. Bunun üçün müxtəlif yollara əl atan banklar, yenə yalan xəbərlərlə müştərilərini aldatmağı bacarır.

Məsələn,buna yarımçıq məlumat vermək də deyə bilərik. Yəni, banklar faizlərdən, komisyon haqlarından xəbəri tam vermir. Qısaca olaraq faktlarla danışaq.

Deyək ki, hər hansı müştəri bankdan, 1000 manat dəyərində kredit almaq istəyir. Banklar isə kredit faizlərinin düşdüyünü və endirimlərin olduğu barədə müştəriyə xəbər verir. Məsələn, 6% endirim.

Faizlər:

1illik = 16,5%

3illik = 49,5%

Deməli, biz 1000 manat kredit alsaq, 1165 manat ödəməli olarıq. Amma komisyon haqlarını hesablamasaq.

Axı ,biz bankdan tam olaraq 1000 manat almırıq. Komisyon haqlarını çıxsaq 920 – 950 manat arasında məbləğ alırıq. Deməli, 950 manat aldığımız halda 1000 manatın kreditini qaytarırıq. Bu, yenidən faizlərə öz təsirini göstərir.

950 manat hesablasaq, il sonunda 156 manat qaytararıq. Amma, 950 manat aldığımız halda 165 manat qaytarırıq. Ümumiyyətlə, bankların faiz göstəriciləri reklam və ya saytlarda tam olaraq əks olunmur. Bunun üçün istənilən müştəri komisyon haqlarında xəbərsiz olur.

Banklardan aldığımız kreditin müddəti uzanarsa, faizlər aşağı düşər. Amma yenə o faizlər komisyon haqlarından tutular.

Tam olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, baklardan kredit alarkən komisyon haqlarına diqqət yetirəsiniz. Sizdən tutulan məbləğin faizlərə nə qədər təsir etdiyini və faizlərin ümumi olaraq nə qədərə qalxdığını biləsiniz.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR