“Vodafone” “evdə qaldı”
Bizi izləyin

Ekopublika.az

“Vodafone” “evdə qaldı”

Amerikanın böyük telefon operatoru AT&T, İngiltərənin “Vodafone” şirkətinin hissələrini almaq niyyətində deyil.

Publika.Az xəbər verir ki, AT&T şirkətinin rəhbərlərinin Avropada sərmayə üçün böyük fürsətlər barədə açıqlamaları “Vodafone”ni satın alacaqlarına dair fərziyyələrə səbəb olmuşdu. Ancaq bazar ertəsi günü AT&T London Birjasına “Vodafone”ni almağı planlaşdırmadıqlarını bəyan etdi.

Birjaya edilən şərhin ardından dünyanın ən böyük ikinci telekom şirkəti “Vodafone”nin səhmləri 6,6 faiz dəyərdən düşdü. İngilis şirkətinin birja dəyərinin 177 milyard dollara qədər gerilədiyi deyilir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm