Əli Məsimli: "Nəqliyyat sektoru daim yenilənir və inkişaf edir”
Bizi izləyin

Ekopublika.az

Əli Məsimli: "Nəqliyyat sektoru daim yenilənir və inkişaf edir”

"Gələn il Azərbaycanda möhtəşəm Avropa Olimpiya Oyunları keçiriləcək və dövlətimiz özünü bütün cəhətlərdə müsbət mənada göstərməlidir. Buna görədə, Bakı şəhərində ictimai nəqliyyatın təkmilləşdirilməsi və yenilənməsi zəruri addımlardır. Metro tikintisinin sürətləndirilməsi və yeni stansiyaların tikilməsi ictimai nəqliyyatın inkişafının göstəricisidir". Bunu Publika.az-a millət vəkili Əli Məsimli bildirib.

“Azərbaycan iqtisadiyyatı dünya ölkələrinin arasında ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. İqtisadiyyatın bütün sektorları, o cümlədən nəqliyyat sektoru istər yerli, istərsə də regional olaraq daim yenilənir və inkişaf edir”.

Ə.Məsimli Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna başa çatmasının zəruriliyindən danışıb:

“Azərbaycan regional nəqliyyat layihələrində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatması göstərişi verilib. Bu layihənin həyata keçirilməsi çox vacibdir. Çünki bu möhtəşəm layihənin bir hissəsidir. Naxçıvanın həmin layihəyə qoşulması nəticədə həmin regionun inkişafının sürətlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir.”

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm