Rusiya “Cənub Axını” ilə bağlı ciddi müzakirələrə başlayıb
Bizi izləyin

Ekopublika.az

Rusiya “Cənub Axını” ilə bağlı ciddi müzakirələrə başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Cənub Axını” təbii qaz boru xəttinin təqdimat turuna çıxıb. Belə ki, Lavrov Bolqarıstanda “Cənub Axını”nın tikintisi mövzusu ilə əlaqədar bütün tərəflərlə dialoqa hazır olduqlarını bildirib.

Publika.az xarici mətbuata istinadən bildirir ki, 40 milyard dollar dəyərindəki nəhəng ”Cənub Axını” layihəsi rus təbii qazını Ukraynadan keçmədən, Qara dənizin altından Bolqarıstana və oradan da digər Avropa ölkələrinə çatdırmağı hədəfləyir.

Yeri gəlmişkən, Lavrovun səfəri bolqarların ürəyini yumşaldıb. Bolqarıstanın xarici işlər naziri Kristian Vigenin Avropa Komissiyasına ruslarla təkrar təmas qurmaları yönündə müraciət edib: ”Cənub Axını”, Avropa Birliyinə lazımlı olduğu qədər Bolqarıstana, eləcə də Cənub-Şərqi Avropa ölkələrinə də lazımlıdır. Bu layihə Bolqarıstan və bütün Avropa Birliyinin enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli rol oynayacaq”.

Xatırladaq ki, “Cənub Axını” təbii qaz boru xəttinin Bolqarıstan ərazisində inşası Avropanın rəqabət qaydalarını pozması səbəbiylə təxirə salınıb. Təbii qaz ehtiyacının az qala hamısını Rusiyadan qarşılayan Bolqarıstandakı tək neft neftayırma zavodu da Rusiyaya aiddir. Buna görə də bolqarları başa düşmək olar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm