Qeyri-neft sektorunda istehsal 4.2 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Qeyri-neft sektorunda istehsal 4.2 faiz artıb

2014-cü ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16.9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz az sənaye məhsulu istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.2 faiz artıb, neft-qaz sektorunda isə 3.4 faiz azalıb.

Aqrar bölmədə yaz tarla işləri başa çatıb. İyun ayının 24-nə kimi 357.8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28.0 min hektar sahədə dənli və dənli paxlalılar, 36.9 min hektar sahədə dən üçün qarğıdalı, 76.0 min hektar sahədə tərəvəz, 61.7 min hektar sahədə kartof, 22.9 min hektar sahədə pambıq, 28.0 min hektar sahədə bostan bitkiləri, 5.7 min hektar sahədə şəkər çuğunduru, 11.7 min hektarda dən üçün günəbaxan, 1109 hektar sahədə tütün və s. əkilib. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 5.2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 5.3 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 1.7 min hektar, tərəvəzin əkin sahəsi 1.2 min hektar, kartofun əkin sahəsi 3.6 min hektar azalıb, eyni zamanda dən üçün günəbaxanın əkin sahəsi 2.4 min hektar, şəkər çuğundurunun əkin sahəsi 240 hektar artıb. Bütövlükdə isə kənd təsərrüfatı məhsullarının istehsalı 5.8 faiz artıb.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,6 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.4 faiz çox vəsait yönəldilib. Əsas kapitala cəlb olunmuş vəsaitin 5,3 milyard manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 10.7 faiz artıb. Əsaslı vəsaitin 67.9 faizi və ya 5,179 milyard manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiya 20.5 faiz yüksək olub.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən, yanvar-may aylarında 133 xarici ölkə ilə 13 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib. Ticarət əlaqələrinin 9 faizi MDB üzvü dövlətləri ilə, 91 faizi digər ölkələrlə aparılıb. Beş ay ərzində 9.5 milyard dollarlıq məhsul ixrac olunub, onun 310.2 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib, 96.7 faizi və ya 9169.1 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb. Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 11 faiz azalıb. Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3,5 milyard dollar təşkil edib.

Beləliklə, beş ay ərzində ölkəmizdən ixrac olunan malların həcmi ölkəyə gətirilən malların dəyərindən 2.7 dəfə çox olub və 6 milyard dollar müsbət saldo yaranıb. 2014-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4.7 faiz artaraq 17.8 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3.3 faiz artaraq 1,8 milyard manata çatıb. Gəlirlərin 70.2 faizi son istehlaka, 9.2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6.5 faiz artaraq 438.1 manata çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm