• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İki siqaret nəhəngi birləşdi

İki siqaret nəhəngi birləşdi

Dünya siqaret sektorunun iki nəhəng adı güclərini birləşdirib. Belə ki, “Reynolds” amerikalı rəqibi “Lorillard”ı 25 milyard dollara satın alıb.

Publika.az xəbər verir ki, iki şirkətin səhmdarları arasında “Imperial Tobacco” və “British American Tobacco” kimi nəhəng adlar da var. Analitiklərə görə, “Reynolds” və “Lorillard”ın birləşməyə getməsi ABŞ-da sektorun 1 nömrəli adı “Altrianı” (Marlboro) narahat edib. Xatırladaq ki, “Altria” Amerika siqaret bazarının 46 , “Reynolds” 24,”Lorillard” 12 faizinə sahib.

“Camel” və “Pall Mall” kimi markaların daxil olduğu “Reynolds” “Lorillard”ın hissələrinin hər birinə 68,88 dollar təklif edib.

Amerikada siqaret istehlakının 4 faiz azalmasına baxmayaraq, ölkə hələ də Çindən sonra tütün məhsullarının satıldığı qazanclı və ən geniş bazar olmaqda davam edir. ABŞ-da siqaret bazarı 90 milyard dollar gəlir təmin edir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR