• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Adidas” “Qırmızı Şeytanlar”a 1.3 milyard dollar ödəyəcək

“Adidas”  “Qırmızı Şeytanlar”a  1.3 milyard dollar ödəyəcək

“Manchester United” klubunu bundan sonra “Adidas” geyindirəcək. Şirkətlə klub arasında 1.3 milyard dollarlıq 10 illik müqavilə imzalanıb.

Publika.az xəbər verir ki, razılaşma 2015-16-cı il mövsümündən qüvvəyə minəcək. Bu müqavilə “Manchester United”in büdcəsinə ildə 130 milyon dollar gəlir gətirəcək.

“Qırmızı Şeytanlar” 13 ildir ki, “Nike”dan geyinirdi. Bu arada “Qırmızı Şeytanlar”ın forma satışından “Adidas” 2 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR