Əsas kapitala 7625.9 milyon manat qoyulub
Bizi izləyin

Ekopublika.az

Əsas kapitala 7625.9 milyon manat qoyulub

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.4 faiz çox vəsait yönəldilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əsas kapitala cəlb olunan vəsaitin 5296.4 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub. Müqayisə olunan dövrdə 10.7 faiz artım var. Əsaslı vəsaitin 67.9 faizi və ya 5179.3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisyalar təşkil edib. Ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiyadan 20.5 faiz yüksək olub.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Altı ay ərzində 824.6 min kv.metr sahəsi olan yaşayış evləri, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana tikilib. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan 5374.8 milyon manat vəsaitin 2641.5 milyon manatından istifadə edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm