Bankların verdikləri kreditlərin həcmi 17 milyard manata çatdı
Bizi izləyin

Ekopublika.az

Bankların verdikləri kreditlərin həcmi 17 milyard manata çatdı

Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği iyun ayının 1-nə 16.6 milyard manata çatıb.

Publika.az xəbər verir ki, ötən ilin iyun ayının 1-nə nisbətən kreditlərin həcmi 23.8 faiz artıb. Verilən kreditlərin 13.0 milyard manatı uzunmüddətli olub. 905.0 milyon manatının ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 12.8 faiz artaraq iyun ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm