Ekopublika.az
Azərbaycanda ÜDM-nin həcmi 5,8 faiz artıb
Ötən ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun
həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata
çatıb.
Publika.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi
məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi
6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz
artıb.
Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və
xidmətlər istehsal olunub. Məhsul istehsalına sərf edilmiş mal və
xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər
buraxılışının 32 faizini təşkil edib.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə
dəyərin 10 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi
əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili
məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına
düşüb və əvvəlki ilə nisbətən 1 faiz artıb.
Ötən ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili
məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz),
tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar
təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz) əlavə dəyər
yaradılıb. Eyni zamanda informasiya və rabitə xidmətlərində 1,0
milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz),
turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində
1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər
sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər
yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini
təşkil edib.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK