• USD 1,7475 0,00% EUR 1,8466 -0,13%
    • GBP 2,1720 -0,98% RUB 0,0301 -0,66%

"Bakıelektrikşəbəkə" ötən il 55 məntəqədə yenidənqurma işləri aparıb

"Bakıelektrikşəbəkə" ötən il 55 məntəqədə yenidənqurma işləri aparıb

"Bakıelektrikşəbəkə" ASC 2013-cü il ərzində paytaxtın rayonları üzrə 55 ədəd transformator məntəqəsində (TM) tikinti, təmir-bərpa və yenidənqurma işləri həyata keçirib.

Publika.az-ın ASC-nin rəsmi saytına istinadən verdiyi məlumat görə, bunlardan 13 ədədi Binəqədi, 7 ədədi Nərimanov, 3 ədədi Nizami, 4 ədədi Sabunçu, 3 ədədi Səbail, 1 ədədi Qaradağ, 9 ədədi Yasamal, 2 ədədi Xəzər, 2 ədədi Suraxanı, 5 ədədi Nəsimi və 6 ədədi Xətai rayonunun payına düşür.

Ümumilikdə 8 ədəd yeni TM tikilib, 47 ədəd TM-də isə əsaslı təmir, yenidənqurma işləri aparılıb.

Xarici görünüşü şəhərin arxitekturasına uyğunlaşdırılan TM-lərdə istismar müddəti başa çatmış avadanlıqlar yenilənib, transformatorlar daha güclüləri ilə əvəz olunub.

Aparılan işlərin məqsədi abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz etməkdir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR