Kommunal xidmətlər niyə bahalaşacaq?
Bizi izləyin

Ekopublika.az

Kommunal xidmətlər niyə bahalaşacaq?

Kommunal xidmətlər niyə bahalaşacaq?

Kommunal xidmətlər niyə bahalaşacaq? Ölkəni yenidən bahalaşma ilə bağlı həyacan təbili bürüyüb.

Yayılan xəbərlərə görə, fevralın ayının 1-dən kommunal xidmətlər qalxacaq. Artıma mənbə kimi isə 2014-cü ilin dövlət büdcəsində kommunal ödənişlərin 85 faiz artımı göstərilir.

Belə ki, dövlət büdcəsində kommunal və kommunikasiya xərclərin ödənilməsinə 2013-cü illə müqayisədə 84,8% çox vəsait ayrılması nəzərdə tutulur. Hansı ki 2013-cü ildə il həmin xərclərin ümumi məbləği 346,8 milyon manat olub. Cari il üzrə bu xərclər 641 milyon manat proqnozlaşdırılır.

Elektrik enerjisi üzrə xərclərin 25,5%, su haqqı xərclərinin 26,7%, qaz haqqının ödənilməsi xərclərinin 18,9% artımı planlaşdırılır.Məhz xərclərin kəskin artımı elektrik enerjisi və su tariflərinin də artım ehtimalını gücləndirir Müstəqil eksperlər də deyirlər ki, bu qədər kəskin artımın büdcə təşkilatlarının kommunal xidmətlər üzrə istehlakının genişlənməsi ilə bağlı olması mümkünsüzdür.

Ən çox ehtimal olunan variant həmin xidmətlər üzrə tariflərin artırılmasıdır. Qeyd edək ki, kommunal qiymətlərin dünya qiymətlərinə çatdırılması, ödənişlərdən büdcəyə daxil olmaları artırmaq qarşıya qoyulan ilk mərhələdir.

Bunun ardınca isə əlaqədar qurumlara büdcədən ayrılan subsiydiya və dotasiyalar dayandırılacaq. Lakin qiymətlər qalxarsa, hökumət ölkədə yaşayış minumumu, ehtiyac meyyarı və istehlak səbətində yenidən baxmalı olacaq. Çünki hazırki istehlak səbəti qüvvədə olan qiymətlərə uyğun hesablanıb.

Onların yenilənməsi isə büdcəyə təsirsiz ötüşməyəcək. Hələliksə Tarif Şurası qiymətlərə yenidən baxılması ilə bağlı quruma heç bir təklifin gəlmədiyini israr edir.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda elektrik enerjisinin 1 kv/saatı əhaliyə 6 qəpiyə, təbii qazın 1 kub metri 10 qəpiyə satılır. Sudan istifadəyə görə əhali 1 kub metr üçün 30 qəpik, tullantı suyunun kanalizasiyaya axıdılması üçün isə 1 kub metr üçün 6 qəpik ödəyir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm