2013-cü ilin çökən ölkələri
Bizi izləyin

Ekopublika.az

2013-cü ilin çökən ölkələri

Bir çox ölkələr üçün 2013 –cü il, qlobal iqtisadiyyat baxımından çox çətin olub

Bir çox ölkələr üçün 2013 –cü il, qlobal iqtisadiyyat baxımından çox çətin bir il olub. İnkişaf etmiş iqtisadiyyatların böyümələri aşağı istiqamətli hərəkəti davam edib.

Bir çox inkişaf etməkdə olan iqtisadiyyatın böyüməsi yavaşlayıb. İllik olaraq yüzdə 4.8 % geriləyərkən, inkişaf etmiş iqtisadiyyatların böyüməsi isə illik ortalama yüzdə 1% olub .

Qlobal böyümənin reallaşdığı bir ilin ardından 2014 –cü il dünya iqtisadiyyatı üçün kim bilir nə gətirəcək. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda, iqtisadi cəhətdən gözəl bir artım yaşanacaq. İnkişaf etmiş iqtisadiyyatlar son beş ildir yaşadığı çətinliklərin faydasını görməyə başlayacaq.

Özəl sektorun borc nisbətlərinin aşağı olması ( əlavə gəlirlər , banklar, maliyyəsi olmayan şirkətlər ), pul maneələrini ( Yaponiya istisna olmaqla) və pul siyasətlərini qoruyub saxlama tətbiqlərinin nəticəsi olaraq illik yüzdə 1.9 % -lik bir böyümə sürəti yaşayacaq.

Aşağı gəlirlilik, yüksək enerjili şok kimi görünməyən risklər 2014-cü ildə daha az gözə batacaq. Məsələn, Avropa ölkələrinin çökməsi , ABŞ-da hökumətin borc savaşı, Çin iqtisadiyyatının sərt enişi , İsrail və İran arasında nüvə mövzusunda reallaşacaq bir döyüş, bütün bu məsələlərin ehtimalı çox daha aşağı olacaq.

Yenə də ən inkişaf etmiş iqtisadiyyatlar (ABŞ , Avropa ölkələri, Yaponiya, İngiltərə, Avstraliya və Kanada ) böyümə potensialına çox çətin çatacaqlar və ya çata bilməyəcəklər.

Ən inkişaf etmiş iqtisadiyyatların xana gəlirləri, bankları və qeyri-maliyyə şirkətləri yüksək borc faizləri ilə təzyiqə məruz qalacaq. Bu da borc faizlərinin düşməsinə səbəb olacaq. Siyasət və tənzimləmələr naməlumluq, investisiya xərclərinin idarə altında tutacaq . Avropa ölkələrinin görünməyən riskləri daha aşağı olsa da, təməl problemləri hələ də həll edilməmiş vəziyyətdədir. Aşağı böyümə potensialı, yüksək işsizlik, yüksək olan və yüksəlməyə davam edən dövlət borcları, rəqabətçi gücünü itirməsi və bankların borc nisbətlərini salması, həddindən artıq möhkəm kredit sərhədləri Avropa ölkələrinin ən fundamental problemləridir. 2014 –cü ildə bunlar demək olar ki, öz həllini tapacaq. İnkişaf etməkdə olan iqtisadiyyatlar bir çox səbəblə 2014 -cü ildə bir əvvəlki ilə görə yüzdə 5 %-ə yaxınlaşan bir nisbətdə daha sürətli böyüyəcək .

Lakin bəzi inkişaf etməkdə olan bazarlar - adla saysaq Hindistan , İndoneziya , Braziliya , Türkiyə, Cənubi Afrika , Macarıstan , Ukrayna , Argentina və Venesuela - inflyasiyanın hədəflərin altında qalması və siyasi gərginliklər səbəbiylə 2014-ci ilin boyunca kövrək qalmağa davam edəcək . Son olaraq Çin illik böyümə sürətini 2014-cü ildə yüzdə 7 %-in üzərində mühafizə edəcək.

Lakin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 3-cü Plenumda almış olduğu islahat qərarlarına baxmayaraq Çinin böyümə modelinin sabit investisiyalardan daxili istehlaka yönlənməsi çox yavaş reallaşacaq.

Qlobal iqtisadiyyat 2014-cü ildə daha sürətli böyüyəcək və görünməyən risklər daha aşağı olacaq. Lakin ABŞ-ın ehtimalla istisna olacağı 2014-cü ildə, böyümə bir çox inkişaf etmiş ölkədə çox sönük qalacaq.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm