Türkiyədə bank faizləri qaldırıldı
Bizi izləyin

Ekopublika.az

Türkiyədə bank faizləri qaldırıldı

Türkiyədə bank faizləri qaldırıldı

Türkiyədə bank faizləri qaldırıldı Türkiyənin Mərkəz Bankı (TCMB) türk lirəsinin vəziyyti ilə bağlı fövqaladə toplantısında sərt faiz artımı ilə bağlı qərar çıxarıb.

Publika.Az xəbər verir ki, Amerikan Mərkəz Bankının (FED) təhvil alış proqramını qısması Argentina, Braziliya və Türkiyə kimi inkişaf edən ölkələrə mənfi təsir etmişdi.

Türkiyənin daxilində yaşanan siyasi olaylar da əlavə olununca türk lirəsi xarici pul vahidlərinə nisbətən böyük ölçüdə dəyər itkisinə uğrayıb. Beləliklə də TCMB hökumətin qarşı çıxmasına baxmayaraq qiymət sabitliyini təmin etmək üçün güclü pul siyasəti itiqamətində qərar verib.

Bir həftəlik repo faiz nisbəti 4.5 faizdən 10 faizə, gecəlik borc vermə faiz nisbəti 7.75 faizdən 12 faizə, gecəlik borclanma faiz nisbəti isə 3.5 faizdən 8 faizə yüksəldilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm