• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycana ən çox mal Rusiyadan idxal olunub

Azərbaycana ən çox mal Rusiyadan idxal olunub

Cari ilin beş ayında Azərbaycana ən çox mal Rusiyadan idxal olunub.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Dövlət Statistika Komitəsi yayıb.

Xəbərdə deyilir ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana, MDB ölkələri istisna olmaqla, 2,6 milyard dollarlıq mal idxal edilib.

İdxalın 24,3 faizi və ya 854,2 milyon dolları MDB üzvü dövlətlərinin, 30,9 faizi və ya 1,1 milyard dolları Avropa İttifaqı ölkələrinin, qalan hissəsi və ya 1,5 milyard dolları isə digər dövlətlərin hesabına formalaşıb.

Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 14,6 faizi Rusiyanın, 13,9 faizi Türkiyənin, 8,7 faizi Amerika Birləşmiş Ştatlarının, 7,8 faizi Almaniyanın, 7,4 faizi Çinin, 6,2 faizi Böyük Britaniyanın, 5,1 faizi Ukraynanın, 3,4 faizi Qazaxıstanın payına düşür

Xəbər lenti

DAHA ÇOX XƏBƏR