Fevralın1-dən avtomobil kreditləri bərpa edilir
Bizi izləyin

Ekopublika.az

Fevralın1-dən avtomobil kreditləri bərpa edilir

Avto salonlar fevralın 1-də kreditlərin bərpa ediləcəyini deyirlər

Xəbər verildiyi kimi banklar avtomobil kreditlərinin verilişini dayandırıblar.

Avtomobil kreditlərinin dayandırılması təkcə banklara böyük zərbə deyil. Nəzərə alsaq ki, ölkədə hər 3 yeni maşının 2-si kreditlə satılır, MB-nın qadağası banklardan öncə avtomobil satışı üzrə ixtisaslaşan şirkətlər üçün mənfi nəticələrə gətirib çıxara bilər. Vəziyyətlə tanış olmaq üçün avto salonların özlərinə müraciət etməyi qərara aldıq.

Öyrəndik ki, hələ Mərkəzi Bankın məlum qərarından əvvəl banklar avto salonlarla tərəfdaşlığı dayandırıblarmış. Hazırda avtomobil satış mərkəzləri satışları yalnız nəğd şəkildə aparırlar.

Fevral ayının 1-dən vəziyyətin dəyişəcəyinə ümid edirlər. Səbəb? Oxuyun öyrənin. Avto salonlarda reydimiz zamanl örəndik ki, kreditlərin dayandırılmasından sonra maşın satışı azalıb.

Məsələn, KİA Motors Azərbayca məxsus avto salonlar bu ay ərzində cəmi 6-7 maşın satışı reallaşdırıb. Amma kreditlər dayandırılmasaydı, bir o qədərdə maşın satılacaqdı.O da bəlli oldu ki, kreditlər bərpa edildikdən sonra sistemdə dəyişikliklər gözlənilir: “Fevralın 1-ni gözləyirik. Kreditlər bərpa edildikdən sonra qaydaların sərtləşəcəyi gözlənilir. Bunun üçün banklara indidən kredit sorğusu göndəririk ki, müqavilə alaq. Kreditlər açıldıqdan sonra hansı şərtlərlə üz-üzə qalacağımızı bilmirik”.

Maşın bazarına gəlincə, Mərkəz Bankın qadağaları bura gedib çıxmayıb. Bazar həmişəki axarında davam edir. Yəni orada hələki kreditlə satış var. Amma banklar deyil, insanlar tərəfindən.Belə kreditlər isə əl krediti adlanır.

Kreditlə avtomobil almaq istəyən müştərilərə, avtomobilin yarı qiyməti notariat tərəfindən təsdiq olunmuş şəkildə verilir. Aylıq olaraq isə həmin kredit verən şəxsə, notariat tərəfindən təsdiq olunmuş şəkildə aylıq ödənilir.

Oder Qeni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm