ARDNŞ-də 2013-cü ilin texniki-iqtisadi göstəriciləri müzakirə olunur
Bizi izləyin

Ekopublika.az

ARDNŞ-də 2013-cü ilin texniki-iqtisadi göstəriciləri müzakirə olunur

ARDNŞ-nin idarə və müəssisələrində 2013-cü ilin texniki-iqtisadi göstəriciləri müzakirə olunur

ARDNŞ-nin “Azneft” İstehsalat Birliyində 2013-cü ilin texniki-iqtisadi göstəricilərinin yekunlarına həsr olunan müşavirə keçirilib.

Publika.Az xəbər verir ki, müşavirədə birliyə daxil olan struktur təşkilatların rəhbərləri və aparıcı mütəxəssislər iştirak ediblər.

“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov 2013-cü ildə neft-qaz hasilatı sahəsində həyata keçirilən işlər, ARDNŞ tərəfindən Birliyin qarşısında qoyulmuş tapşırıqların icrası barədə məlumat verib.

Qeyd edib ki, 2013-cü ilin yekunlarına görə “Azneft” İB neft hasilatı planını 100,8 %, qaz hasilatı planını isə 106,5 % yerinə yetirilib: “2013-cü ildə hasilatın stabilləşdirilməsi istiqamətində geoloji və texniki tədbirlər həyata keçirilib.

Yeni texnologiyalar tədbiq edilib, kadrların inkişafı, əməyin təhlükəsizliyi, ekologiya və sosial sahələrdə irəliləyişə nail olunub. Müşavirədə müvafiq sahələr üzrə hesabatlar dinlənilib”.

ARDNŞ-nin Ekologiya İdarəsində keçirilən müşavirədə də idarənin 2013-cü ildə fəaliyyəti barədə hesabat dinlənilib. 2014-cü ilin iş proqramı haqqında məlumat verilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm