Dünyanın ən yaxşı memarlıq obyekti-ARDNŞ stansiyası
Bizi izləyin

Ekopublika.az

Dünyanın ən yaxşı memarlıq obyekti-ARDNŞ stansiyası

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası dünyanın ən yaxşı müasir memarlıq obyekti seçildi

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası orijinal dizaynına görə dünyanın ən yaxşı müasir memarlıq obyektləri siyahısına salınıb.

Publika.Az Dövlət Neft Şirkətinə istinadən bildirir ki, “The Huffington Post” nəşri bu stansiyanın ərazisində yerləşən “McDonald’s”ı ən kreativ və gözəl fastfood obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salıb.

O cümlədən nüfuzlu ArchDaily memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil edib. SOCAR-ın uğurlu layihələrindən biri olan Batumi “McDonald’s”ı fəaliyyətə başladığı gündən populyarlıq qazanıb.

Şüşə və poladdan qurulmuş üçmərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir. Binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür. Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çalarlar gətirir.

Onlar həm də xaricdəki səs-küyün qarşısını alırlar. YDM və restoran bir-birindən həm fiziki, həm də vizual baxımdan tam təcrid olunmuşdur. Belə ki, restoranın müştəriləri YDM-in işini görə bilmirlər.

Qeyd etmək lazımdır ki, Batumi “McDonald’s”ı SOCAR-ın dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyil.

Tbilisi-Batumi magistralı üzərində yerlləşən çoxfunksiyalı avto-launc beynəlxalq səviyyədə populyarlıq qazanmışdır.

Burada “Qudvill” marketi və fastfood restoranı ilə yanaşı müştərilərə bir sıra digər komfortlu xidmət növləri də təklif olunur.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm