• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

153 min dollarlıq saat özü də “nasoslu”

153 min dollarlıq saat özü də  “nasoslu”

Bir çox saat markasının su keçirməməklə öyündüyü zamanda İsveçrənin HYT adlı saat istehsalçısı mayeli saat istehsal edib. HYT-in H1 və H2 model saatları “maye gücüylə” işləyir.

Publika.Az-ın məlumatına görə, HYT 2012-ci ildə bazara çıxardığı H1 ilə hidromekanik saat texnologiyasının önünü açıb. Bu kompleks texnologiya belə işləyir. Saatın içində iki ədəd silfon var. Bunlardan birində rəngli su, digərində isə yağ mövcuddur.

Saatın ən böyük xüsusiyyəti dəqiqələri dəqiqə əqrəbi yerinə florasansa rəngli suyla göstərməsidir Rəngli su 11 santimetr uzunluğunda, 1 millimetr qalınlığındakı bir boruda saatın siferblatı ətrafında irəliləyir. Saatları isə normal saatlardakı kimi bir əqrəb göstərir. Saat 6-nı göstərdiyində su körüyünün yanındakı yağ silifonu dövrəyə girir. Rəngli su, yağın itələməsiylə ilk mövqesinə dönərkən bütün əməliyyat yenidən başlayır.

Əllə qurulan saat 3 günə yaxın işləyir. Sonra saatı təkrar qurmaq lazımdır. 10 il istehsalla məşğul oldular Bu sistemi işlək hala gətirə bilmək üçün 30 texnik təxminən 10 il məşğul oldu. Nasoslu saat fikirini 2002-ci ildə Lucien Vouillamoz ortaya atmışdı.

Sərmayəçi Patrick Berdoz və saat sənayesinin köhnə adlarından Vincent Perriardın dövrəyə girməsiylə proyekt həyata vəsiqə qazandı. Titanyum H1 saatı 34 min sterlinqə (56 min dollar) satılır. Fevral ayında bazara təqdim ediləcək H2 modelinin qiyməti isə 93 min sterlinqdir (153 min dollar).

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR