• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İsrail məhsullarının boykotu ölkə iqtisadiyyatını zəiflətdi

İsrail məhsullarının boykotu ölkə iqtisadiyyatını zəiflətdi

Qəzza ilə bağlı İsrailə qarşı qadağalar ölkənin iqtisadiyyatında özünü biruzə verməyə başlayıb.

Publika.az xarici mətbuata istinadən bildirir ki, ölkədə turizm gəlirləri 30-40 faiz arasında düşərək, 500 milyon avro zərərə səbəb olub. Bir çox hava yolu şirkətinin təhlükə səbəbiylə İsrail səfərlərini ləğv etməsi turizm sektorunun zərərini daha da artırıb.

İsrailin Hotelçilər Dərnəyi bu il İsrail hotellərində doluluq nisbətinin 30 faiz olduğunu, qarşıdurmaların olmadığı illərdə isə bu rəqəmin 70-80 faizə çatdığını açıqlayıb: “Ölkədə ilin üçüncü rübündə turistlərin sayının 35 faiz də azalacağı təxmin edilir. İsrail hava yolları şirkəti Əl Alın gəlirinin isə 50 milyon dollar düşəcəyi deyilir.

İsrail və Amerika məhsullarına qarşı boykotun davam etməsi İsrail şirkətlərinin səhmlərinin dəyərində enişə səbəb olub. Xüsusilə “Coca Cola” və “Mc Donalds”ın səhmlərində 3 faiz eniş baş verib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR