Kommersiya obyektlərinin icarə qiymətləri qalxıb – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Kommersiya obyektlərinin icarə qiymətləri qalxıb – Açıqlama

Bu ilin son iki ayı ərzində kommersiya obyektləri üzrə qiymətlərin aşağı düşməsi ilə yanaşı ümumi satış portfelində təklifin sayının azalması baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma xidmət və ofis seqmentində qeydə alınıb.

“MBA Consulting Group” un rəhbəri Nüsrət İbrahimov Publika.az-a açıqlamasında bildirib ki,
hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb: “Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -13.2% azalaraq 257 ədəddən 223 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı aprel ayına nisbətən may ayında müşahidə olunan kommersiya bazarının ümumi tendensiyasına uyğun olaraq 2,6% artaraq 115 ədəd təşkil edib”.

N.İbrahimovun sözlərinə görə, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 48%-lə “boş yer” təyinatlı sahələr malik olub: “ Bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 21% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 9%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 12%-nə malikdirlər. Qeyri-yaşayış obyektlərinin orta sahəsi may ayı üçün 213.82 kv.m təşkil etmişdir ki, bu da öz növbəsində ötən aya nisbətən 49,74% artıb. Artmaya əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Abşeron rayonunda, Xırdalan şəhərində boş yer qeydə alınıb”.

Bazarda qiymətlərə gəlincə, ekspert deyir ki,əvvəlki aylarla müqayisədə, cari ilin aprel və may ayları ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən dinamika orta qiymətə təsirsiz ötüşməyib: “May ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 5.0% artaraq 4380 $/kv.m təşkil edib. Aprel ayına nisbətən may ayında aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin 2,0% azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 144 gün təşkil edib. 2014-cü il may аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərində nisbətən artımla yanaşı, obyektlərin icаrəsi bаzаrındа da 2.14% artma müşаhidə еdilib. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin оrtа qiyməti (təklif üzrə) qеydə аlınаn 4357 $/kv.m-dən artaraq 4380$/kv.m, icarə qiymətləri isə 19.67 $/kv.m/ay artaraq 20.09 $/kv.m/ay olub. May ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb.

II, III və IV zonalar üzrə obyektlərin icarə qiymətlərində artma, I zonada isə azalma müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərəçarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm