Beynəlxalq Valyuta Fondundan bədbin proqnoz
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Valyuta Fondundan bədbin proqnoz

ABŞ-da baş verən iqtisadi zəifləmə ümumi göstəricinin 0,3 vahid azalmasına gətirib çıxarıb.

Axar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) hər il olduğu kimi, 2014-cü il üçün də iqtisadi artım proqnozunu yayıb. Açıqlanan rəqəmlər qurumun ilin əvvəlində bu il üçün verdiyi proqnozdan fərqlənib. Belə ki, qurum qlobal iqtisadi artımın 3,7% olacağını bildirsə də, son açıqlamalarda bu rəqəm 3,4%-lə ifadə edilib.

BVF rəsmiləri bu hesabatı şərh edərkən ABŞ iqtisadiyyatında baş verən geriləməni əsas səbəb kimi göstərirlər.

Qurumun bu rəqəmlərlə bağlı digər bir həyəcan siqnalı isə həmin situasiyanın uzun müddət davam edə biləcəyi ilə bağlıdır. Rəsmi məlumatlara görə Beynəlxalq Valyuta Fondu (BVF), 2014-cü ilə dair qlobal iqtisadi artım proqnozunu 3,7%-dən 3,4%-ə salıb.

Rəsmi məlumatlara görə bu qərara, ABŞ iqtisadiyyatında birinci rübdə baş vermiş geriləmə təsir göstərib. BVF-nin “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında göstərilir ki, aşağı faiz dərəcələrinə və yüksək səviyyəli təşviqata baxmayaraq, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə normallaşma prosesi çox ləng gedir. Bu səbəbdən, qlobal böyümə uzun müddət ləngiyə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm