Mərkəzi Bank uçot dərəcəsini yenə aşağı saldı
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank uçot dərəcəsini yenə aşağı saldı

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul edib.

Publika.az banka istinadən bildirir ki, cari ilin birinci yarısında ölkədə iqtisadi artım 2.1% olub. O cümlədən qeyri-neft iqtisadiyyatı 7% artıb. Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4% bəndi azalaraq 1.6%-ə enib: “İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bankı uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər aparılıb. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0.5%-dən 0.1%-ə endirilib. Eyni zamanda bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm