15,5 faizlik maaş artımı
Bizi izləyin

Ekopublika.az

15,5 faizlik maaş artımı

Bu ilin altı ayında Azərbaycanda qeyri-dövlət sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 15,5 faiz artaraq 867,9 manat təşkil edib.

Publika.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqının daha yüksək artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, içki, avtomobil və qoşquların, kağız və karton, rezin və plastmas, əczaçılıq, qida, neft məhsullarının, hazır metal məmulatlarının istehsalı, geyim, maşın və avadanlığın quraşdırılması və təmiri müəssisələrində müşahidə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm