Ekopublika.az
İpoteka şərtləri sadələşdiriləcək
Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.
Publika.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdirilməsinı nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək istiqamətində çalışacaqlar.
Baş Kollektiv Sazişdə inhisarçılığı qarşı yeni mübarizə formaları da əksini tapıb. Tərəflər təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə edəcək, istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparacaq və onların nəticələrini geniş ictimaiyyətə çatdıracaq.
Eyni zamanda Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görüləcək, idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçiriləcək.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ