SOCAR iyulda 2 milyon ton xam neft ixrac edib
Bizi izləyin

Ekopublika.az

SOCAR iyulda 2 milyon ton xam neft ixrac edib

2014-cü ilin iyul ayında Novorossiysk limanından 84 min 803 ton, Supsa limanından 334 min 805 ton, Çeyhan limanından 1 milyon 653 min 449 ton xam neft ixrac edilib.

Publika.Az Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən bildirir ki, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 593 min 25 ton, Supsa limanından 1 milyon 787 min 379 ton, Ceyhan limanından isə 11 milyon 967 min 342 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm