Niyə iqtisadiyyat oxumalı?
Bizi izləyin

Ekopublika.az

Niyə iqtisadiyyat oxumalı?

İqtisadiyyatın müxtəlif tərifləri vardır:

Niyə İqtisadiyyat oxumalı? İqtisadiyyatın müxtəlif tərifləri vardır:

1. İqtisadiyyat , pul istifadə olunaraq və ya pul istifadə olunmadan insanlar arasında dəyişmə əməliyyatlarına səbəb olan fəaliyyətlərin araşdırılmasıdır.

2. İqtisadiyyat, insanların müxtəlif mallar (buğda, mal-qara, konsert , yol, və s. kimi) istehsal və istehlak üzrə cəmiyyətin müxtəlif üzvlərinə bölüşdürmək üçün qıt və ya məhdud istehsal qaynaqlarını (torpaq, əmək, maşın kimi sərmayə malları və texniki məlumatları ) hansı şəkildə istifadə etməsini araşdırar.

3. İqtisadiyyat, insanı, gündəlik dolanışığını və həyatından zövq üçün xərclənən vəsaiti araşdırar.

4. İqtisadiyyat, insanın istehlak və istehsal fəaliyyətlərini necə təşkil etdiyini araşdırır.

5. Son olaraq, İqtisadiyyat sərvətin araşdırılmasıdır. Müasir iqtisadiyyat elminin ilk vəzifəsi, istehsalın, işsizliyin, qiymətlərin və bunlara bənzər hadisələrin gedişini təyin etmək, açıqlamaq və aralarındakı əlaqəni tapmaqdır . “Niyə iqtisadiyyat oxumalı”?

sualının ən yaxşı cavabını Lord Keynes bir çox mübahisələrə səbəb olmuş klassik kitabının sonunda belə verib: “İqtisadçılar və siyasi yazarların düşüncələri, doğru olsun olmasın, ümumiyyətlə düşünüldüyündən çox daha təsirlidir. Deyə bilərik ki, dünyanı bu düşüncələr idarə edir.

Hər cür intellektual təsirdən uzaq olduğunu sayan praktik insanlar, ümumiyyətlə artıq həyatda olmayan bir iqtisadçının əsiridir. İqtidarda olan və havadan səslər eşidən dəlilər, bir neçə il əvvəl akademik bir yazardan ilham alırlar.

Əminəm ki, əldə edilmiş nəticələrin gücü, düşüncələrin bilavasitə təsirindən çox daha zəifdir. Bu dərhal özünü göstərməz. Müəyyən bir gecikmədən asılıdır. Çünki, iqtisadi və siyasi fəlsəfə sahəsində 25-30 yaşlarına gəldikdən sonra yeni nəzəriyyələrin təsiri altına girənlər çox deyil.

Bu səbəblə məmurların və siyasət adamlarının hətta qiyamçıların hadisələrə baxaraq tətbiqi düşüncələri o qədər də, yeni olmaya bilər. Yaxşılıq və ya pislik üçün gec-tez təhlükəli olan, əldə edilmiş nəticələr deyil , düşüncələrdir”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm