Keçən ay defilyasiya qeydə alınıb
Bizi izləyin

Ekopublika.az

Keçən ay defilyasiya qeydə alınıb

2014-cü ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 2,0 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Publika.Az-a verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

Ay ərzində qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, südün, günəbaxan yağının, almanın, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, badımcanın, bibərin, göy lobyanın, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, kərə yağının, yumurtanın, limonun, şabalıdın, göyərtinin, kökün, çuğundurun, şəkər və şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm