“ConocoPhillips” “Rosneft”də payını satır
Bizi izləyin

Ekopublika.az

“ConocoPhillips” “Rosneft”də payını satır

Rusiyaya qarşı Qərbin sanksiyaları artıq öz təsirlərini göstərməkdədir. Belə ki, qadağalardan sonra “ConocoPhillips” “Rosneft” ilə birgə müəssəsi olan “Qutb Şəfəqi” MMC-dəki payını satmaq qərarına gəlib.

Publika.Az-ın Caspian Barel-ə istinadən məlumatına “Rosneft” bu məlumatı şərh etməkdən böyun qaçırıb. “ConocoPhillips” və “Rosneft” Timan-Peçora vilayətində bir neçə birgə yataqda işləyən “Qütb Şəfəqi” müəssəsində bərabər paya malikdirlər.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Lakin bu sanksiyalar xarici şirkətlərin Rusiya ərazisində fəaliyyətini qadağan etmir. “Rosneft” ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinin təsir dairəsinə düşüb. Sanksiyalar ABŞ kreditorlarına “Rosneft” şirkətini uzunmüddətli maliyyələşdirməsini qadağan edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm