Gömrük Komitəsi hesabat verdi - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Gömrük Komitəsi hesabat verdi - FOTOLAR

Bizim problemlərimiz əsasən rəis heyəti və müavinlərlə bağlıdır. Mən bölmə rəislərini deyil, daha yuxarıları nəzərdə tuturam. Hər il təltiflər və təyinatlar onu göstərir ki, işini normal görənlər mükafatlandırılır. Ancaq təəssüf ki, bunu hər əməkdaş başa

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri və əməkdaşları peşə bayramları münasibəti ilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra DGK-da ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.

22 yaşlı Gömrük Komitəsinin uğurlu yolu

Publika. Az xəbər verir ki, kollegiya iclasını açan DGK sədri Aydın Əliyev Azərbaycan gömrük xidmətinin yaradılmasının 22 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edib. Aydın Əliyev çıxışında hazırda ölkəmi­zin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, beynəl­xalq iqti­sa­di və ticarət əla­qələrinin ge­nişləndirilmə­sin­də və regional liderə çevril­məsində gömrük sisteminin müstəsna rolundan danışıb. O bildirib ki, 1992-ci il yan­varın 30-da yara­nan ilk gömrük qurumu ümummilli li­der Heydər Əli­ye­vin iqti­sadi siyasətinin tər­kib hissəsi kimi formalaşaraq, dövlə­timi­zin müstəqilliyinin əsas atributlarından birinə çev­rilməklə üzərinə düşən mis­si­yanı şərəflə icra edir.

Komitə sədrinin sözlərinə görə, bu sahədə uğurlu nəticələrin əldə olunmasında son illər Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından isti­fadəyə geniş yer verilməsi də mühüm rol oynayıb. “Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq ölkənin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin - VAİS-in yaradılması, məlumatların yox­­lanılması və emalı, informasiya texnologiyalarının tətbi­qi, korporativ şəbəkənin genişləndirilməsi və təkmil­ləş­diril­məsi, elektron gömrük xidmətlərinin təşkili, Azər­bay­canın xarici ticarətinin təhlilinin apa­rılması və göm­rük statistikasının təkmilləşdirilməsi sa­hə­lərində mü­hüm işlər həyata keçirilib: “Belə ki, “e-göm­rük ödənişləri” elek­tron gömrük xidməti istismara verilib. Gömrük xid­mə­tinin informasiya sistemlərində elektron imzanın tət­biqi sa­hə­sində işlər davam etdirilib və Komitənin Aparatının, strukturuna daxil olan göm­rük orqanlarının və tabeliyində olan digər qurumların 2450-dən artıq əməkdaşı “elektron imza” kartları ilə təmin edilib. “Azərbaycan Respublikasının göm­rük ərazisində tran­zit yüklərin daşınmasına avtomat­laş­dırılmış nəzarət və ida­rəetmə sistemi” işlənilərək istifa­dəyə ve­rilib. Bu sistem vasitəsilə sərhəd-gömrük buraxılış mən­tə­qələrindən ölkə əra­zisinə idxal və ya tranzit rejimində daxil olan yük daşıyan avtomobillər xüsusi mexaniki-elektron kilid­lə - elektron plombla bağlanır və bu kilidlər ey­ni za­man­da GPS sistemi ilə təmin olunduğu üçün yükə təyi­nat göm­rük orqanına çatana qədər nəzarət edilməsinə imkan verir.

Bu layihə Dövlət Gömrük Komitəsi ilə BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi DGK-nın Hədəf Mərkəzinin yaradılması layihəsinin davamı olaraq həyata keçirilib”.

Ötən ilin hesabatına əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarə­sində - Binə, Gəncə, Lənkəran və Zaqatala hava limanlarını əhatə edən “Hədəf” Mərkəzi istifadəyə verilib, DGK-da yara­dılmış mobil gömrük bölmələrinin xüsusi avtomobil­lərində də yüklərin hərəkətinə elektron nəzarət sistemi quraşdırılıb və onlar müvafiq mobil kompüter avadanlıqları ilə təmin olunub. Komitənin mövcud “192” qaynar xətti beynəlxalq standartlara cavab verən və İP telefoniya sistemi üzərindən işləyən yeni “192 çağrı mərkəzi” ilə əvəz edilib. DGK-nın inzibati binasında istifadədə olan ATS və Komitə ilə onun struktur bölmələrini birləşdirən birbaşa rabitə xətləri ləğv edilərək Dövlət Gömrük Komitəsinin Aparatını, strukturuna daxil olan gömrük orqanlarını və tabeliyində olan digər qurumları əhatə edən yeni İP telefon sistemi qurulub: “Elektron Azərbaycan” Dövlət Pproqramının bir komponenti olaraq elektron gömrüyün təşkili istiqamətində elektron yük gömrük bəyannaməsinin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrindən keçməsini sürətləndirməyə xidmət edir. 2013-cü ildən etibarən re­s­publikanın bütün sərhəd-buraxılış məntəqələrində quraşdırılmasına başlanılan “X-REY SMİT Heymann” rentgen avadanlığı dünyanın az sayda inkişaf etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayinəsini aparan bu avadanlıq son illərin istehsalıdır. Təbii ki, belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”.

Qurumun ötən il həyata keçirdiyi işlər

Sonra komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məruzəsində ötən il ərzində milli iqtisadiyyatın stimullaşdırılması, gömrük sərhəddində malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət edilməsinin təmin olunması, gömrük rüsumları, vergi və digər gömrük ödənişlərinin alınması, daxili bazarın qorunması, gömrük nəzarətinin təşkli və möhkəmləndirilməsi, narkotik vasitələrin qeyri-qanuni keçirilməsi hallarının qarşısı alınması və digər istiqamətlərdə zəruri işlər görüldüyünü diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2013-cü ildə ixrac əməliyyatları idxal əməliyyatlarını üstələyib, 13.3 milyard ABŞ dolları həcmində müsbət farqo yaradılıb: “Ötən il ölkənin dövlət və qeyri-dövlət təşkilatları 149 ölkə ilə 34.7 milyard dollar miqdarında ticarət əməliyyatı aparıb ki, bunun da 10.7 milyard dolları idxal malları, 24 milyarda dolları ixracat hesabına olub.

Ötən il Gömrük Komitəsi üçün nəzərdə tutulan 1,380 mlrd. büdcə proqnozu gömrük idarələri arasında bölüşdürülüb. 1,380 mlrd. manat illik büdcə proqnozu əvəzində 1,383 mlrd. manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib”.

Qarşısı alınan hüquqpozma hadisələri

S. Mehdiyev çıxışında 2013-cü ildə Azərbaycan gömrüyünün iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə apardığını vurğulayıb. O bildirib ki, qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli,12125-i inzibati xəta faktları olub: “Cinayət xarakterli faktlar üzrə gömrük əməkdaşalrının tutdöu qaçaqmalçılıq və digər cinayət predmetlərinin dəyəri 2.4 milyon təşkil edib. Bu əməllərin törədilməsində şübhəli 306 nəfər Azərbaycan vətəndaşı, 83 nəfər isə xarici vətəndaş barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb”.

Sədr müavinin verdiyi məlumata əsasən, ötən il narkotiklərin qanunsuz dövriy­yəsi ilə əlaqədar ötən il 133 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə, 135 kq 376,674 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185 qram həşiş, 18 kq 223,834 qram tiryək, 37 kq 717,571 qram heroin, 198,567 qram kokain, 35 kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfeta­min, 217,723 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Faktlara əsasında şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə, 152 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Komitə sədrindən işçilərinə xəbərdarlıq

İclasda Naxçıvanın Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına ilə mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradov, Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə məruzə edərək komitə sədrinə hesabat veriblər.

Kollegiya iclasının gedişatında A. Əliyev qurumun problemlərini də komitə əməkdaşlarının nəzərinə çatdıraraq onlara xəbərdarlıq edib: “Bizim problemlərimiz əsasən rəis heyəti və müavinlərlə bağlıdır. Mən bölmə rəislərini deyil, daha yuxarıları nəzərdə tuturam. Hər il təltiflər və təyinatlar onu göstərir ki, işini normal görənlər mükafatlandırılır. Ancaq təəssüf ki, bunu hər əməkdaş başa düşmür. Maraqlısı odur ki, elə adamları bizə ağız açmağa məcbur edirlər ki, təəccüblənirsən. 5 ay bundan əvvəl rütbə almış şəxslər yenidən rütbə istəyirlər. Kapitan mayor olmadan polkovnik-leytenant olmaq istəyir. Bunların hamısı gülməli xahişlərdir. Rəislərə üzümü tutub deyirəm ki, təltiflərlə bağlı müraciət yazanda heç olmasa öz imzanıza hörmət edin. Haqqında vəsatət qaldırdığınız adamların yalnız 20 faizinin təltif olunması imzanıza olunan hörmətsizlikdir”.

Komitə sədri nizam-intizam qaydalarına riayət etməyən gömrük işçilərinə də iradlarını bildirib. Tədbirin sonunda Aydın Əliyev xidmətdə fərqlənən gömrük əməkdaşlarını diplom və medallarla təltif edib.

Sevinc FƏDAİ

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm