• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hava nəqliyyatında sərnişindaşıma bahalaşdı

Hava nəqliyyatında sərnişindaşıma bahalaşdı

2014-cü ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşıb.

Publika.Az xəbər verir ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunub. İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,5 faiz bahalaşıb. MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz qalxıb. Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR