4 dövlət müəssisəsi özəlləşdirilib
Bizi izləyin

Ekopublika.az

4 dövlət müəssisəsi özəlləşdirilib

Ötən dövrdə 97700-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Publika.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 73300-ə yaxın yüklülük, əhaliyə xidmətlə bağlı 9650-dən çox digər müxtəlif məzmunlu arayış verilib. 2014-cü ilin ilk 6 ayı ərzində 21000-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 84000-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

Cari ilin 6 ayı ərzində 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. Ötən dövr ərzində 260-a yaxın qeyri-yaşayış sahəsi və 200-dən çox torpaq sahəsi icarəyə verilib. 2014-cü ilin ilk yarımilində 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi, 4 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. İnvestisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə bu il 1 mln manata yaxın investisiya qoyulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm