Ekopublika.az
İndiyə qədər Ceyhandan 250 milyon 73 min 663 ton neft göndərilib
İyul ayında Ceyhan limanından 2,6 milyon ton neft dünya bazarlarına çıxarılıb.
Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, iyul ayı ərzində 2 milyon 647 min 222 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 milyon 929 min 749 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il avqust ayının 1-ə qədər Ceyhan limanından 250 milyon 73 min 663 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. İyul ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub.
2014-cü ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 60 ton Azərbaycan nefti nəql edilib. Cari ilin yanvar-iyul aylarında bu rəqəm 17 milyon 87 min 200 ton neft olub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il avqust ayının 1-ə qədər BTC-yə 252 milyon 228 min 793 ton neft vurulub. Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə ümumilikdə 418 min 773 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
İqtisadiyyat şöbəsi
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan