Ölkəyə süd, buğda məhsullarının idxalı, qazın isə ixracı azalıb
Bizi izləyin

Ekopublika.az

Ölkəyə süd, buğda məhsullarının idxalı, qazın isə ixracı azalıb

Bu ilin altı ayında 9,694,928.40 min dollar dəyərində xam neft, 508,937.43 min manat dəyərində neft məhsulu ixrac edilib.

Publika.az Dövlət Gömrük Komitəsinin sayğaclarına istinadən bildirir ki, 196,333.62 min manat dəyərində mavi qaz ixrac olunub.Təbii qaz ixracı azalıb. Belə ki, 2013-cü ilin altı ayında bu rəqəm 461,488.25 min manat olub. İxracda dördüncü sırada meyvə- tərəvəz yer alıb. Altı ayda xaricə 123,284.64 min manatlıq meyvə-tərəvəz göndərilib.

İdxalın strukturuna gəlincə, yeyinti məhsulları arasında ət üztünlük təşkil edib. Diqqəti çəkən süd idxalının azalmasıdır. 2013-cü ilin 6 ayında 4,119.37 min manatlıq süd idxal edilmişdisə, cari ildə bu rəqəm 3,318.52 min manat olub. Ölkəyə buğda, əczaçılıq məhsulları, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri idxalı da azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm