“Apple” və “Samsung” atəşkəs imzaladılar
Bizi izləyin

Ekopublika.az

“Apple” və “Samsung” atəşkəs imzaladılar

“Apple” və “Samsung” arasında sular durulur. Texnologiya nəhəngləri “Apple” və “Samsung” ABŞ xaricindəki digər ölkələrdə bir-birlərinin əleyhinə açdıqları bütün iddialardan imtina edir.

Publika.Az xəbər verir ki, bu qərarla iki şirkət arasında Avstraliya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya və İngiltərədə sürən patent iddiaları sona çatdırılacaq.

Ağıllı telefon və texnika bazarının ən böyük iki oyunçusu arasında sürən iddialarda tərəflər milyon dollarlarla cəza ödəmək məcburiyyətində qalmışdılar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm