• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyada benzin ucuzlaşır, bizdə əksinə

Dünyada benzin ucuzlaşır, bizdə əksinə

Məlum olduğu kimi, Azərbaycanın daxili bazarında Ai-95 markalı benzinin qiyməti 4 qəpik bahalaşaraq 0,97 manat olub. Bir çox KİV-lər “Azpetrol” şirkətinə istinadən məlumat yayaraq bildiriblər ki, qiymətin artması dünya bazarlarında neftin bahalaşması ilə əlaqədardır.

Publika.az Caspian Barrel-in ekspertlərinə istinadə bildirir ki, bahalaşma nə dünya bazarında xam neftin, nə də neft məhsullarının qalxması ilə əlaqədar deyil. Belə ki, iyun ayında Avropa ölkələrindəki neftayırma zavodlarının bir çoxlarında cari təmir işləri aparılması ilə əlaqədar olaraq neft məhsullarında müəyyən artımlar qeydə alınıb. Bu da mövsümi xarakter daşıyıb. Gürcüstan bazarına yanacaq daşıyan treyderlərin verdikləri məlumatlara görə, avtomobil yanacağının 1 tonunda bahalaşma 20 dollaradək olsa da, pərakəndə satış bazarında artım hiss ediləcək səviyyədə olmayıb: ”SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinın ayıq açıqladığı rəsmi rəqəmləri araşdırarkən də məlum olur ki, son 4 ayda dünya bazarında etilləşdirilmiş benzinin 1 tonunun orta qiyməti təqribən 5 dollar azalıb. Ötən ay isə iyunla müqayisədə azalmadakı fərq hər ton üçün 18 dollardan çox olub. O cümlədən də xam neftin qiymətində aşağı enmələr aşıq-aşkar hiss edilir. İyul ayının yekunlarına görə, “Brent” markalı nefti öz dəyərini iyundakına nisbətən 4,5% itirib”.

2014-cü il etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) Brent markalı neft(1 barel)

iyul 1003,97 106,64

iyun 1021,32 111,65

may 995,24 109,61

aprel 1008,13 107,63

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR