• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

4 727 vergi ödəyicisi qanunu pozub

4 727 vergi ödəyicisi qanunu pozub

Ötən ay Azərbaycanda 4 727 vergi ödəyicisi qanunu pozub.

Publika.az Vergilər Nazirliyinə istinadən bildirir ki, 695 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 215 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 656 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı nöqsana yol vermiş 31 vergi ödəyicisi tərəfindən 45 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 250 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 322 ədəd mal olduğu aşkarlanıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR