Rusiya 9,1 milyard dollar idxal qadağasına Kanadanı daxil etmədi
Bizi izləyin

Ekopublika.az

Rusiya 9,1 milyard dollar idxal qadağasına Kanadanı daxil etmədi

Rusiya hökumətinin sanksiyalara cavabı durmadan sərtləşir. Ölkə, Avropa və ABŞ-dan gələn qida idxalını rəsmi olaraq qadağan edib.

Publika.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev sanksiya tətbiq edən Amerika, Avropa və digər Qərb ölkələrindən ət, meyvə, tərəvəz, balıq, süd və digər süd məmulatların idxalının qadağan edildiyini açıqlayıb.

Nəzərə çatdıraq k, Rusiya qida istehlakının az qala yarısını kənardan təmin edir. Ölkə yüksək nisbətdə taxıl məhsulları ixrac etsə də, yuxarıda adıçəkilən məhsullarla bağlı xarici asılılığı davam edir. Rusiya tərəvəz ehtiyacının 65 faizini, pendir ehtiyacının yarısını,ət ehtiyacının isə 26 faizini idxal hesabına qarşılayır.

Baş nazir Dmitri Medvedev tərəfindən edilən şərhdə bildirilir ki, qadağa bir il davam edəcək və Kanada, Avstraliya, Norveç kimi ölkələrə bu şamil edilməyəcək.

Analitiklərə görə, bu vəziyyət qida sektorunda xaricdən asılı olan Rusiya üçün müsbət nəticələr vəd etmir. Onu da bildirək ki, söhbət 9,1 milyard dollarlıq idxaldan gedir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm