Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar azalacaq
Bizi izləyin

Ekopublika.az

Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar azalacaq

Qərbin sanksiyaları Rusiyanın beynəlxalq ehtiyatlarına zərbə vura bilər.

Publika.az xarici mətbuata istinadən bildirir ki, bu barədə "Moody’s” beynəlxalq agentliyi xəbərdarlıq edib. “Fitch” agentliyi də eyni mövqeni bölüşüb. Qeyd edib ki, sürətli kapital axını şəraitində rubla dəstək verilməsi Rusiya Mərkəzi Bankına çətin olacaq.

“Fitch” agentliyinin ssenarisinə görə, bu il Rusiyanın beynəlxalq ehtiyatları $472,5 milyarddan $450 milyarda qədər, gələn il isə $400 milyarda qədər azalacaq. Mərkəzi Bankın hesabalamalarına görə isə, ehtiyatlar 2013-cü ildə 5% azalaraq $511.6 milyard təşkil edib. Mərkəzi bankın hesabatlarına əsasən, ilin birinci yarısında kapital axını 2013-cü ilin $61 milyardına qarşı $74.6 milyard olub.

2018-ci ilin sonuna qədər Rusiya şirkətləri $219 milyard borc qaytarmalıdır. “Moody’s” agentliyinin hesablamalarına görə, borcun 60%-i xarici valyutada saxlanılır. Ən çox borc neft və qaz sektorundadır. 2015-ci ilin sonuna qədər $43 milyard xarici borc qaytarılmalıdır. Onun ardınca elektroenergetika ($15,4 млрд) və metallurgiya ($15) sahələri gəlir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm