İstehlak kreditlərinin faizləri enə bilər – Açıqlama
Bizi izləyin

Ekopublika.az

İstehlak kreditlərinin faizləri enə bilər – Açıqlama

Xəbər verdiyimiz kimi, ölkədə fəaliyyət göstərən bankların xarici öhdəlikləri artıb. İlin altıncı ayında bu rəqəm -4464.1 milyon manat təşkil edib. Halbuki may ayında xarici öhdəliklər -4416.3 manat olub. İlin əvvəlində isə bu rəqəm -4169.7 milyon manat təşkil edib.

Vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev bunu normal hal kimi dəyərləndirir: “Orada narahatçılıq əsasən bankların kredit reytinqinin aşağı olmasıdır. Bu səbəbdən onların cəlb etdikləri kreditlərin faizləri yüksək olur. Beynəlxalq bazarda belə kreditlər 4 faizdirsə, yerli kommersiya bankları onu 7-10 faizlə əldə edirlər. Banklar üzərlərində işləməli, reytinq almalıdırlar. Məsələn, A reytinqində bank yoxdur”.

O ki qaldı son zamanlar bankların kredit verilişini azaltması, Mərkəzi Bankın ilin əvvəlindən atığı addımların sektora təsirlərinə S.Əliyev kredit verilişinin artıdığını deyir: “Sadəcə artımın tempi əvvəlki illərlə müqayisədə azalıb.Mərkəzi Bankın ilin əvvəlidə kreditlərin alınması şərtlərini ağırlaşdırması, uçov stavkasının endirməsi hələki effekt verməyib. Bunun səbəbi də bankların hələ real sektora üz tutumağa hazır olmamasıdır. Banklarda pullarını geri ala biləcəklərinə dair əminlik yoxdur. Bunun da kökündə resursların qıtlığı dayanır. Bankların əlindəki resurslar real sektor üçün azlıq edir. Məhdud resursu real sektora ayırması və geri ala bilməməsi isə onları çökdürə bilər”.

Ekspertin sözlərinə görə, istehlak kreditləri üzrə faizlərin 1-2 faiz ətrafında enməsi gözlənilsə də, real sektora yönəldilən kreditlərdə dəyişiklik gözlənilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm