• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Banklar kimə daha çox kredit verib?

Banklar kimə daha çox kredit verib?

İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturuna gəlincə, cəmi kredit qoyuluşları 16754.8 milyard manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, dövlət bankları üzrə bu rəqəm 5785.2 milyon manat təşkil edib. Xüsusi çəkisi 34,5 faiz təşkil edib. Özəl banklara gəlincə, onlar 10499.7 milyon manat (xüsusi çəkisi 62.7 faiz) , xarici kapitallı banklar 5224.7 milyon manat kredit veriblər. 100%-li xarici kapitallı bankların təqdim etdikləri kreditin həcmi isə 1374.0 milyon manat təşkil edib.

Bundan 877.6 milyon manat kreditin vaxtı keçib. Kreditlərin sahələr üzrə strukturuna gəlincə, kreditlərin 40,7 faiz ev təsərrüfatlarına verilib. Halbuki ötən ilin analoji dövründə bu rəqəm 37.7 faiz olub. İkinci sırada 14,5 faizlə ticarət və xidmət sektoru dayanır. Keçən il bu rəqəm 15.7 faiz olub. İnşaat və əmlak sahəsinə ayrılan kreditlərin portfeldəki payı isə 13.6 faiz olub. Göründüyü kimi, bankların kredit portfelində ev təsərrüfatlarına verilən kreditlərin həcmi yenə də dominantdır və bu il də artıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR