Qiymətli kağızlar bazarı 86 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Qiymətli kağızlar bazarı 86 faiz artıb

“Qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21 faizinə bərabər olub”.

Publika.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub. Bazarın həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 86 faiz artaraq 5,9 milyard manata yüksəlib. Bu da 2013-cü ilin yekununun 70 faizinə bərabər olub.

Dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyillərinin artım tendensiyası davam etmiş və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 milyard manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınmış və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,4 faiz və 61 faiz artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21 faizinə bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm