ARDNŞ “Star” Media Qrupundakı payını satır
Bizi izləyin

Ekopublika.az

ARDNŞ “Star” Media Qrupundakı payını satır

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə sahib olduğu “Star” Media Qrupundakı payının 50%-ni satır.

Publika.az-ın məlumatına görə, bunu "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz bildirib. O deyib ki, Media Qrupundakı 50 faiz paylarını “Rixos” otellərinin sahibi olan iş adamı Fettah Tamınce satmağı düşünürlər. Bu istiqamətdə hətta danışıqlara başlayıblar: “Müzakirələr müsbət nəticələnsə, bunu reallaşdıracaq. Türkiyədə əhəmiyyətli və çoxsaylı layihələrimiz var. Mediaya sərmayə erkən atılmış addım idi. Bu mərhələdə media işinə zaman ayıra bilmədik”.

Xatırladaq ki, Rəqabət Təşkilatı SOCAR-ın “Star” Media Qrupunun 50 faiz payını almasına 2013-cü ilin mayında icazə verib. Qrupun qalan 50 faiz hissəsi isə işadamı Ethem Bayrağa məxsusdur.

K.Yavuz deyib ki, SOCAR təxminən 5,6 milyard dollarlıq sərmayə ilə 10 milyon ton neft emalı gücünə sahib “Star” Neftayırma Zavodunun inşaatını davam etdirir. Zavodun 2018-ci ildə tamamlanması nəzərdə tutulur.

O ki qaldı “Star” Media Qrupundakı 50% payın satışına, ARDNŞ-dan bildirilir ki, iqtisadi səmərəliliyindən asılı olaraq, şirkət müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm