ARDNŞ-ın büdcəyə ödənişi nə qədər artıb?
Bizi izləyin

Ekopublika.az

ARDNŞ-ın büdcəyə ödənişi nə qədər artıb?

Dövlət Neft Şirkəti bu ilin iyul ayında büdcəyə 149 milyon 294 min manat vəsait ödəyib.

Publika.Az-a şirkətdən bu barədə verilən məlumata görə, bu, 2013-cü ilin iyul ayı ilə müqayisədə 15 milyon 208 min manat və ya 111,3 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ödənilib. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon 969 min manat və ya 121,5 faiz çox olub.

Bundan əlavə, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 261 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 83 milyon 498 min manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm