“LUKoil” Avropadakı YDM-larının hamısını satır
Bizi izləyin

Ekopublika.az

“LUKoil” Avropadakı YDM-larının hamısını satır

Rusiyanın ən böyük neft şirkətlərindən olan “LUKoil” Şərqi Avropadakı biznesini satır.

Publika.az xəbər verir ki, MOL Plc strukturu – SlovnaftCeskaRepublica, Spol. S.R.O. şirkəti “LUKoil”ın Çexiyadakı 44 yanacaq doldurma məntəqəsini satın alıb. “NormBenzinkutKft” şirkəti isə Macarıstanda 75, Slovakiyada 19 stansiyanı alır.

Sövdələşmənin ilin sonuna qədər başa çatması gözlənilir. Şirkətdən bildirirlər ki, satmaq qərarı neft məhsulları satışı biznesinin optimallaşdırılması çərçivəsində aparılır. Sövdələşmənin məbləği açıqlanmır.

Small Letters direktoru Vitali Kryukov 183 YDM-nin qiymətini $100 milyon qiymətləndirib.

Xatırladaq ki, “LUKoil” iyul ayının sonunda Ukraynada olan 283 YDM-nin və 6 neft bazasının Avstriyanın AMİC şirkətinə satılması barədə razılığa gəlindiyini elan etmişdi. Düzdür, sövdələşmənin məbləği açıqlanmamışdı. Lakin analitiklər Ukrayndakı şəbəkəni 100-150 milyon dollar səviyyəsində qiymətləndirir.

Məlumat üçün qeyd edək ki, 2013-cü ildə “LUKoil” şirkətinin 5867 YDM (şəxsi və icarə əsasında) olub. Onların 41% Rusiyada, 6%– ABŞ-da, 41% – Avropada, 8% – MDB-də, 4% Baltik ölkələrində yerləşir.

Onu da bildirək ki, ABŞ və Avropa “LUKoil”u sanksiya tətbiq etdikləri şirkətlərin siyahısına daxil etməyiblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm