Ukrayna yeraltı anbarlarına qaz yığır
Bizi izləyin

Ekopublika.az

Ukrayna yeraltı anbarlarına qaz yığır

Avqustun səkkizinə qədər Ukrayna yeraltı anbarlarına 15,065 milyard kubmetr qaz vurub.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, 1 avqust tarixinə anbarlarda qaz ehtiyatının həcmi 14,902 milyard kubmetr olub. Bir həftə ərzində ölkə ehtiyatını 163 milyon kubmetr artırıb. Ukrayna hökümətinin açıqlamasına görə, ilin sonuna qədər 18 milyard kubmetr qaz ehtiyatı toplamalıdırlar.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti iyunun 16-dan Ukraynaya qaz verlişini dayandırıb. Onu da bildirək ki, Ukraynada 12 yeraltı qaz anbarı var. Onların ehtiyat gücü 31 milyard kubmetr təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm