Ekopublika.az
Ölkədə 1510,9 min nəfər işləyən var
İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,9 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, onlardan 891,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 619,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2014-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 439,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
İqtisadiyyat şöbəsi
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq