“Bank of Azerbaijan” “Baghlan Group”un binasına köçdü, kredit verilişini isə dayandırdı – Özəl
Bizi izləyin

Ekopublika.az

“Bank of Azerbaijan” “Baghlan Group”un binasına köçdü, kredit verilişini isə dayandırdı – Özəl

Son günlər mətbuatda bir müddət əvvəl rəhbərliyi dəyişdirilən "Bank of Azerbaijan"nın kredit öhdəliklərinin digər banka ötrüldüyünə dair məlumatlar yer almaqdadır. Yəni vətəndaşlar kredit borclarını bu bankın ödəniş terminallarına deyil, başqa bankın terminallarına ödəyir.

"Bank of Azerbaijan"dan Publika.az-a bu barədə verilən açıqlamada bankın öz funksiyalarını icra etdiyi bildirildi: “Bütün filiallarımız, ödəniş terminallarımız fəaliyyətini davam etdirir. Sadəcə, “Teymur Əliyev” küçəsində yerləşən filial bağlanaraq baş ofisə köçürülüb” .

Məlum oldu ki, bankda depozit yerləşdirilməsi mümkün olsa da, kredit verilişi tamamilə dayandırılıb.

Onu da bildirək ki, uzun müddətdir mətbuatda "Bank of Azerbaijan”nın “Baghlan Group”un prezidenti, iş adamı Hafiz Məmmədovdan alınması ilə bağlı xəbərlər yayılsa da, maliyyə qurumunun 1 milyard dollara yaxın xarici və daxili borcunun olması kimsənin ona sahib çıxmamasına gətirib çıxarıb. "Bank of Azerbaijan”nın yenilənən rəsmi internet ünvanında səhmdarların tərkibi dəyişməz saxlanılıb. Sadəcə, səhm paketinin həcmində müəyyən dəyişikliklər aparılıb. Məsələn, əvvəl bankın səhmdar kapitalının 42,97 faizinə sahib Hafiz Məmmədov artıq 43,63%, 42,97 faizə sahib Sənan Məmmədov (Hafiz oğlu) 43,63%, 13,31 faizə sahib Mübariz Məmmədov (Məcid oğlu) 12,07 faizə, “NEM” Holdinq isə köhnədən olduğu kimi 0,74% faiz paya malikdir.

Bir məqamı da vurğulayaq ki, bankın baş ofisi “Garant Holding”in binasından “Baghlan Group”un binasına köç edib.

Xatırladaq ki, əvvəllər bankın səhmdar kapitalının 81 faizinə sahib “Garant Holding”in prezidenti Anar Məmmədov payını satdıqdan sonra da "Bank of Azerbaijan”n holdingin binasında fəaliyyətini davam etdirirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm