İran Avropaya qaz satışında Rusiyanı əvəzləmək istəyir
Bizi izləyin

Ekopublika.az

İran Avropaya qaz satışında Rusiyanı əvəzləmək istəyir

Nabucco-Gas-Pipelineİranın neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Majedi bildirib ki, İran Nabucco boru kəməri ilə Avropaya qaz tədarükünə hazırdır. Artıq iki Avropa ölkəsi bununla maraqlanıb.

Publika.az Caspian Barel-ə istinadən xəbər verir ki, İran özünün böyük qaz ehtiyatlarını Avropaya “Nabucco” vasitəsilə nəql etməyi düşünür.

Əli Majedi əlavə edib ki, qaz tədarükünü müzakirə etmək üçün adını çəkmədiyi iki Avropa ölkəsindən nümayəndə heyəti gəlib. Majedi bildirib ki, qazın İraq, Türkiyə, Suriya, Qafqaz və Qara dəniz vasitəsilə nəqli mümkündür. Onun fikrincə, Türkiyə marşrutu təqdim olunanlardan ən yaxşısıdır: “Nabucco boru kəmərinin ərsəyə gəlməsi İran qazı olmadan mümkünsüzdür”.

İTAR-TASS-ın məlumatına görə,”Nabucco” layihəsi 2012-ci ildən gündəmdən çıxıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm