75 milyon dollarıq avtomobil hərraca çıxarılır
Bizi izləyin

Ekopublika.az

75 milyon dollarıq avtomobil hərraca çıxarılır

1962-ci ilin “Ferrari 250 GTO Berlinetta” modeli dünyanın ən bahalı avtomobili ola bilər.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu model İtaliyanın zəngin ailələrindən olan Violati ailəsinə məxsusdur. 49 yaşındakı avtomobil avqustun 14-də hərracda 75 milyon dollara satılacaq.

Hərracda 1962-ci il istehsalı olan ikiqapılı “Ferrari 250 GTO Berlinetta”dan başqa 116 avtomobil sərgilənəcək. “Ferrari 250 GTO Berlinetta”nın 60-75 milyon dollar arasında satılması gözlənilir.

Xatırladaq ki, keçən il keçirilən hərracda 312 milyon dollar qazanc əldə edilmişdi. Bu il isə rəqəmin 450 milyon dollar olması gözlənilir.

Onu da qeyd edək ki, Fabrizio Violati “Ferrari 250 GTO Berlinetta”nı 1965-ci ildə alıb. Sərvətini mineral su qablaşdırmasından və əkinçilikdən qazanan Violati vasitənin dördüncü və son sahibi idi. Violatinin 2010-cu ildə vəfatından sonra avtomobil oğluna qalmışdı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm